Dərc edildi: Baxış sayı: 276
Bakı metrosu yağışlı hava ilə bağlı tədbirlər görüb
Qısamüddətli güclü yağışla əlaqədar "Bakı Metropoliteni" QSC-yə əvvəlcədən daxil olmuş hava haqqında məlumatlara, həmçinin müvafiq tədbirlər planına uyğun işlər görülüb.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, bu xüsusda stansiyaların metropolitenin texniki zonasına şamil olunaraq açıq havada yerləşən bütün sahələri, həmçinin keçidlər və girişlər nəzarətə götürülüb, sərnişinlərin rahat və maneəsiz hərəkət etməsi təmin olunub. Aparılan monitorinqlərlə ötən vaxt ərzində hər hansı problemin olmadığı müəyyənləşdirilib. Qatarların depodan xəttə verilməsi ilə bağlı problemlər yaşanmayıb. Gün ərzində nəzarət davam etdiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət