Slimfit
  1. AZƏRBAYCAN

Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB

Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Sakura

Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə, eləcə də bəzi kütləvi informasiya vasitələrində “Bakı Metropoliteni” QSC tərəfindən metropolitenin fəaliyyətini mayın 11-dən etibarən bərpa edəcəyinə dair məlumatlar paylaşılıb. 

Ens.az xəbər verirki, məlumatın nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq məqsədilə Oxu.Az-ın əməkdaşı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb.

Mətbuat katibinin sözlərinə görə, metronun fəaliyyətinin bərpası ilə bağlı “Bakı Metropoliteni” QSC tərəfindən heç bir məlumat yayılmayıb.

B.Məmmədov onu da əlavə edib ki, metropolitendə texniki və texnoloji proseslərin tənzimlənməsinə nəzarət davam etdirilir:

“Mövcud vəziyyətlə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, metropolitenin fəaliyyəti dayansa da, texniki cəhətdən qatarların hazır vəziyyətdə olmasına nəzarət edilir. Metropoliten əməkdaşlarının fəaliyyəti vətəndaşları çaşdırmasın. Metro infrastrukturunun saz və hərəkətə hazır vəziyyətdə saxlanılması üçün mütəmadi tədbirlər görülür”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR