"Bakı Metropoliteni" son beş ildə 1 milyarddan çox sərnişin daşıyıb
Bakıda 2014-2018-ci illər ərzində metro nəqliyyatının xidmətlərindən 1,114 mlrd. sərnişin istifadə edib.
ONA-nın Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən apardığı hesablamalara görə, metro daşımaları üzrə ən yüksək göstərici 2018-ci ildə qeydə alınıb və 231 mln. nəfər təşkil edib. Ən aşağı göstərici isə (215,5 mln. nəfər) 2014-cu ildə qeydə alınıb.
Hesablamalara əsasən, son 5 ildə metro nəqliyyatının ölkə üzrə ümumi sərnişindaşımalarında payı 11,6% çatıb. 2014-2018-cı illərdə nəqliyyatçılar 9 597,7 mln. sərnişinə xidmət göstərib.
Qeyd edək ki, "Bakı Metropoliteni" ümumi uzunluğu 36.63 km olan 3 xəttdən, 25 işləyən və beş tikilən stansiyadan ibarətdir, həmin stansiyaların 10-nun vestibülü vardır. Stansiyaların yeddisi böyük dərinlikdə yerləşir. Metropolitendə pilləkan zolağının ümumi uzunluğu 4 000 metrdən artıq olan beş tipli 39 eskalator işə salınıb. Tunel tikililərinin ümumi uzunluğu 17,1 km-dən artıqdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət