Slimfit
  1. CƏMİYYƏT

Bakı marketlərində bunu etmək qadağandır - Açıqlama

Bakı marketlərində bunu etmək qadağandır - Açıqlama
Sakura

Bakı marketlərində bunu etmək qadağandır - Açıqlama

Bakıda marketlərdə şəkil çəkmək qadağasının olması barədə məlumatlar yayılıb. İddiaya görə, bu qadağa daha çox iri marketlərdə, o cümlədən “Araz” mağazalar şəbəkəsində tətbiq edilir. Bu isə alıcıların narazılığına səbəb olur.

Məsələ ilə bağlı Axar.az-a danışan “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova deyib ki, şəkil çəkməklə bağlı məhdudiyyət dünyanın bütün iri marketlər şəbəkəsində mövcuddur.

“Bizdə də təbii ki, bununla bağlı müəyyən məhdudiyyətlər var. Hətta filiallarımızda müştəriləri məlumatlandırmaq üçün üzərində “Şəkil çəkmədiyiniz üçün təşəkkür edirik” sözləri əks olunmuş lövhələr də asılıb. Onu qeyd edim ki, bu məhdudiyyət daha çox qiymətlə bağlıdır. Əgər müştəri məhsulu əlinə götürüb şəkil çəkirsə və yaxud övladı ilə alış-veriş zamanı şəkil çəkdirirsə, hər hansısa məhdudiyyətdən söhbət gedə bilməz. Lakin məhsulun fotosu rəfdəki qiyməti ilə birlikdə çəkilsə, bu zaman mühafizə əməkdaşı yaxınlaşaraq, buna icazə olmadığını bildirəcək. Müştərilərimizdən bunu anlayışla qarşılamalarını xahiş edirik”, - B.Əmirova bildirib.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə saytımıza açıqlamasında belə halları istehlakçıların hüquqlarının pozulması adlandırıb:

“Bizim supermarketlərdə belə “qadağalar” tez-tez baş verir. Misal üçün vətəndaşların çantalarının yoxlanılması, alınıb zorla saxlanılması və s. Çox təəssüf ki, bu məsələlərdə Azərbaycanda istehlakçıların hüquqları qorunmur. Biz bütün bu məsələlərlə bağlı İqtisadiyyat Nazirliyi qarşısında məsələ qaldırmışıq, amma hələ də problemlər həllini tapmayıb”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR