Slimfit
  1. İDMAN

`Bakı Marafonu-2019`un qalibləri müəyyənləşib

`Bakı Marafonu-2019`un qalibləri müəyyənləşib
Sakura

`Bakı Marafonu-2019`un qalibləri müəyyənləşib

"Bakı Marafonu-2019"un qalibləri müəyyənləşib.

Kişilərin mübarizəsində birinci yeri uqandalı İsmail Senyange tutub. İranlı Məhəmməd Cəfər Moradi ikinci olub. Azərbaycanlı Elman Abışov isə finiş xəttini üçüncü keçib.

Ukraynalı Valentina Paltavska isə qadınlar arasında hamıdan tez finişə çatıb. Şotlandiyalı Suzanna Matonti ikinci yeri tutub. Azərbaycanlı Ayna Yusibova isə üçüncü olub.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR