Bakı-Mahaçqala sürət qatarı bu il istifadəyə veriləcək
“Bakı ilə Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala arasında bu il sürət qatarı işə salınacaq”.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın nəqliyyat və yol idarəsi üzrə naziri Şiruxan Hacımuradov bildirib.
Onun sözlərinə görə, Dağıstan tərəfi 2019-cu ildə Mahaçqala - Dərbənd - Bakı marşrutu üzrə yüksək sürətli sərnişin qatarının təşkilinin üzərində işləyir.
Ş.Hacımuradov əlavə edib ki, sözügedən məsələni Dağıstan Dəmiryolları 2018-ci ilin aprelindən nəzərdən keçirib: “Eyni zamanda 2018-ci ildə sərnişin daşınması 2017-ci illə müqayisədə 20%, yüklərin daşınması 6%artıb".
Xatırladaq ki, Bakı ilə Mahaçqala arasında birbaşa aviareyslərin planlaşdırılması ilə bağlı da məlumatlar var idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət