Slimfit
  1. İQTİSADİYYAT

Bakı Limanı Avropanın aparıcı logistika qovşağı ilə əməkdaşlığa başlayıb

Bakı Limanı Avropanın aparıcı logistika qovşağı ilə əməkdaşlığa başlayıb
Sakura

Bakı Limanı Avropanın aparıcı logistika qovşağı ilə əməkdaşlığa başlayıb

Avropanın ən böyük logistika və nəqliyyat qovşaqlarından biri olan Niderland Krallığının Limburq əyalətinin Venlo şəhərində fəaliyyət göstərən aparıcı şirkətləri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə əməkdaşlığa başlayıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən “Report”a verilən məlumata görə, ötən həftə Bakı Limanı ilə Venlo şəhərinin daxil olduğu Limburq əyalətinin hökuməti və aparıcı şirkətlər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bakı Limanının imzaladığı Anlaşma Memorandumunda Limburq əyalətinin hökuməti, “Cabooter Group”, “SMART Logistics Centre”, “Limburq İnkişaf və Sərmayə Şirkəti”, “Venlo Yaşıl Liman”,“KLG Europe”, “Şimal Limburq İnkişaf Şurası”,“Azərbaycan Niderland Biznes Qovşağı Şirkətləri” və Fontys Universiteti ilə əməkdaşlıq nəzərdə tutulub.

Qeyd edək ki, Almaniya ilə sərhəddə yerləşən Venlo şəhəri çoxsaylı aqro-biznes, “fresh park”, tanınmış geyim markaları, elektronika və digər sahələri əhatə edən dünyanın nəhəng şirkətlərinin distributor nümayəndəliklərinə ev sahibliyi edir. Əsasən Rotterdam, Antverp və Amsterdam kimi iri limanlardan daxil olan yüklər buradan Avropaya paylanılır.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov imzalanma mərasimindən sonra qeyd edib ki, logistika və nəqliyyat şirkətləri, təhsil ocaqları ilə əməkdaşlıq Azərbaycanın regional qovşağa çevrilməsi strategiyasına əsaslanır: “Bu gün təməli qoyulan əməkdaşlığımız Niderland və Avropanın tanınmış şirkətlərinin Bakı Limanına cəlb edilməsinə səbəb olacaqdır. Sevindirici haldır ki, Niderland şirkətləri Asiya ilə Avropa arasında logistika zəncirində Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına xüsusi önəm verirlər və ölkəmizdə çeşidli xidmət və istehsal sahələrində fəaliyyət göstərmək marağındadırlar ”.

Səfər zamanı, Geleen şəhərində yerləşən Chemelot multimodal terminalına baxış keçirilib və idarəetmə sistemi, yükləmə və boşaltma ilə bağlı texnoloji proseslər və terminalın ümumi işləmə prosesi barədə ətraflı məlumat verilib.

Səfərin yekunu olaraq, Venlo şəhərində fəaliyyət göstərən logistik şirkətlərlə cari ilin may ayında Venlo-İstanbul-Bakı-Çin istiqamətində ilk test konteynerin daşınması ilə bağlı ilkin razılığa gəlinib. Bununla yanaşı ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə, Bakı Limanının Venlo şəhərində Avropa nümayəndəliyinin açılmasına dair müzakirələr aparılıb.

Eyni zamanda, Venlo şəhərində yerləşən Niderland Krallığının tanınmış Fontys Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüş zamanı Universitetin rəhbərliyi ilə yeni Bakı Limanında mütəxəssislərin beynəlxalq təcrübəyə yiyələnmələri üçün Limanda və Limburqda texniki peşə yönümlü təlim kurslarına cəlb olunması barədə razılığa gəlinib. Belə ki, Azərbaycanda ilkin seçimlərdən sonra, mütəxəssislərin Venloda 6 aylıq müddətinə təlim və praktiki təcrübəyə cəlb olunmaları nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR