Slimfit
  1. COĞRAFİYA

Bakı Kremlin Qafqazdakı əsas tərəfdaşıdır - Rusiyadan şərh

Bakı Kremlin Qafqazdakı əsas tərəfdaşıdır - Rusiyadan şərh
Sakura

Bakı Kremlin Qafqazdakı əsas tərəfdaşıdır - Rusiyadan şərh

Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfərinin nəticələrinə görə Rusiya və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi haqqında ondan çox saziş imzalandı. Bakı Rusiyanın Qafqazdakı əsas tərəfdaşıdır. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında “Alpari” analitik departamentinin direktoru, Rusiyanın ən nüfuzlu maliyyə təhlilçilərinin TOP-10-luğuna daxil olan Aleksandr Razuvayev bildirib.

Onun sözlərinə görə, “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Qoşadaş” blokunun və Xəzərin təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş” də imzalanıb.

“QAZ Avtomobil zavodu” və “Azərmaş” ASC arasında Azərbaycanda QAZ ticari avtomobillərinin yığım istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişi imzalanıb”, - müsahibimiz bildirib. 

O əlavə edib ki, Azərbaycan Rusiyadan dəyəri beş milyard dollardan çox olan hərbi-texniki təyinatlı məhsullar alıb.

“Rusiya dünyada silah ixracına görə ikinci yerdədir. Orta illik satış həcmi təxminən 15 milyard dollar, sifarişlər portfelinin məbləği 60 milyard dollardır. Bir müddət sonra Rusiya S-400-lər vasitəsilə Türkiyə bazarına daxil oldu.

Bakı və Ankara arasında çox sıx münasibətlər var. Rusiya öz ordusunun yenidən silahlandırılması üçün xeyli vəsait sərf edib və hazırda yeni silahlarını ixrac etməyə çalışır”, - Razuvayev qeyd edib. 

O qeyd edib ki, Azərbaycan Moskva üçün mühüm satış bazarı rolunu oynayır. 

“Respublikanın maliyyə bazarında vəziyyət neftin qiymətinin qalxması hesabına xeyli yaxşılaşıb. Bununla yanaşı, Rusiya Belarus və Qazaxıstan kimi ölkələrə ixracdan bəzən heç nə qazanmır, çünki onlara satılan silahların ya dəyərləri endirilir, ya da qiymətlər simvolik xarakter daşıyır”, - ekspert bildirib. 

Maliyyə analitikinin sözlərinə görə, sovet dövründən fərqli olaraq, Moskvanın hərbi ixracı geosiyasi deyil, kommersiya məqsədi daşıyır. 

“Azərbaycana gəlincə, müasir və ağıllı ordu onun suverenliyinin əsasını təşkil edir. 100 və ya 200 il əvvəl olduğu kimi, müasir dövrdə silahla daha çox şey əldə etmək olar, nəinki xoş sözlə...”, - müsahibimiz deyib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR