Dərc edildi: Baxış sayı: 599
«Bakı kart»ın rəhbərliyi dəyişdi
Bakının nəqliyyat sisteminin ən mühüm müəsisələrindən biri olan «Bakı kart»ın rəhbərliyi dəyişib.FED.az-ın məlumatına görə, indiyədək layihənin rəhbəri olan Ceyhun Əliyev işdən azad edilib. Onnu yerinə Orxan Bayramov təyin edilib.
Qeyd edək ki, Bakı Kart layihəsi Bakı şəhərinin ictimai nəqliyyatında vahid kart ("BakıKART") sisteminin tətbiq edilməsi üçün yaradılıb.
«Bakı kart»ın yeni rəhbəri Orxan Bayramov Azərbaycanın biznes dairələrində yaxşı tanınır – o 2013-2016-cı illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, 2016-2017-ci illərdə isə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) icraçı direktoru vəzifəsində çalışıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət