Dərc edildi: Baxış sayı: 1278
Bakı ilə Rusiyanın Perm şəhəri arasında təyyarə reysi açılır
Rusiyanın “İjavia” təyyarə şirkəti Perm şəhəri ilə Bakı arasında müntəzəm reyslər həyata keçirmək üçün müvafiq icazə əldə edib.
“Report” xəbər verir ki, reyslərin həftədə iki dəfə icra olunacağı ehtimal edilir.
Qeyd edək ki, adıçəkilən şirkət əvvəllər də Bakı ilə Perm arasında uçuşlar həyata keçirib, lakin 2013-cü ildə dayandırıb. 2014-cü ilin yayından isə həmin istiqamətdə “Azərbaycan Hava Yolları” tərəfindən birbaşa reys açılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət