Slimfit
  1. CƏMİYYƏT

Bakı İcra Hakimiyyətinin binası təmir olunacaq

Bakı İcra Hakimiyyətinin binası təmir olunacaq
Sakura

Bakı İcra Hakimiyyətinin binası təmir olunacaq

 

Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası təmir olunacaq.

Oxu.Az-ın məlumatına görə, tender binanın əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması məqsədilə elan edilib.

Təmir-bərpa işlərini həyata keçirəcək şirkət qarşısında tarixi binanın xarici və daxili görünüşünə xələl gətirilməməsi əsas tələb kimi qoyulub.

Xatırladaq ki, bina Bakı Şəhər Dumasının sifarişi ilə 1900-1904-cü illərdə polyak memar İosif Qoslavskinin layihəsi əsasında barokko üslubunda tikilib. Bu, memarın son əsəri olub. 

Bina Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR