Slimfit
  1. CƏMİYYƏT

“Bakı-Gəncə qatarı 4 saata gedir, bu, bizi qane etmir” - Cavid Qurbanov

“Bakı-Gəncə qatarı 4 saata gedir, bu, bizi qane etmir” - Cavid Qurbanov
Sakura

“Bakı-Gəncə qatarı 4 saata gedir, bu, bizi qane etmir” - Cavid Qurbanov

Hazırda Bakı-Sumqayıt dəmir yolu ilə hər gün 12 min sərnişin daşınır.
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevin qəbulunda deyib. O bildirib ki, Bakı dairəvi dəmir yolu tamamlananda təqribən 25-30 min sərnişin daşımaq mümkün olacaq.

“Bakı-Sumqayıt-Bakı qatarı açılandan sonra həm Bakıdan Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb”.

C.Qurbanov qatarların hərəkət sürətinin 140 km/saata qaldırmaq istədiklərini qeyd edib: “Bakı-Gəncə-Bakı qatarı 4 saata gedir, amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz 140-a qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik. Bu gün Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitirmişik. Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı tam təmin olunacaq”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR