Slimfit
  1. İQTİSADİYYAT

Bakı Beynəlxalq Avtovağzal Kompleksində dezinfeksiya işləri davam etdirilir

Bakı Beynəlxalq Avtovağzal Kompleksində dezinfeksiya işləri davam etdirilir
Sakura

Bakı Beynəlxalq Avtovağzal Kompleksində dezinfeksiya işləri davam etdirilir

Bakı Beynəlxalq Avtovağzal Kompleksində koronovirus (Covid-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə təxirəsalınmaz tədbirlər və dezinfeksiya prosesi avtobuslarda, eləcə də bütün avtovağzal ərazisində hər gün səhər və axşam saatlarında mərhələli şəkildə davam edir.

Bu barədə “Report”a Kompleksdən bildirilib.

Məlumata görə, gün ərzində 300-dən çox avtobus dezinfeksiya olunaraq reysə buraxılır. Son 10 gündə 2 628 reyslə 60 270 sərnişin avtovağzaldan yola salınıb, 175 reyslə 3 455 sərnişin beynəlxalq istiqamətlərdə (Gürcüstan, Rusiya, Türkiyə) gedişi təmin edilib.

Ən çox sərnişin martın 3-də müşahidə olunub. Həmin gün 470 reyslə 13 minə yaxın sərnişin biletlə təmin olunub. Digər günlərdə isə sərnişin sayı gündəlik normaya uyğun olaraq, 6-8 min arasında dəyişib.

Şəhərlərarası istiqamətlərdə Gəncə, Qırmızı Körpü, Mingəçevir və Şəki istiqamətinə, beynəlxalq reyslərdə isə Gürcüstan istiqamətinə gedən sərnişinlər üstünlük təşkil edib.

Mövcud vəziyyətlə əlaqədar olaraq (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi” həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

Mövcud təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərdən müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR