Slimfit
  1. AZƏRBAYCAN

Bakı Belarusa dəstəyə hazırdır – Səfir açıqladı

Bakı Belarusa dəstəyə hazırdır – Səfir açıqladı
Sakura

Bakı Belarusa dəstəyə hazırdır – Səfir açıqladı

Əgər Minsk Azərbaycandan neft tədarüküylə bağlı xahiş etsə, biz bununla bağlı görüşlərə hazırıq.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov deyib.

“Ən çətin zamanlarda bizim xalqlarımız bir-birinə kömək ediblər və bu bizi birləşdirir. Əgər ehtiyac yaranarsa, Azərbaycan şərəflə öz qardaşlıq haqqını icra edəcək. Dövlət başçılarının bu məsələylə bağlı ümumi dil tapacaqlarına dair heç bir şübhə yoxdur”, – deyə o bildirib.

O, bu planın reallaşdırılması üçün heç bir maneənin olmadığını və yeganə maneənin neftin daşınmasıyla bağlı yaşana biləcəyini deyib.

Qəndilov daşınmanın çətin olmasının neftin dəyərinə də təsir edəcəyini bildirib.

Səfir həmçinin neft daşınması üçün Qara dəniz limanlarının istifadə edilə biləcəyini də söyləyib.

Qeyd edək ki, bundan öncə Belarus Rusiyadan neft alışını dayandırıb. Buna səbəb kimi Minsk rus neftinin keyfiyyətinin pisləşməsini göstərib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR