Slimfit
  1. İQTİSADİYYAT

Bakı-Astara yolunun təmiri bitir: Pullu olacaq?

Bakı-Astara yolunun təmiri bitir: Pullu olacaq?
Sakura

Bakı-Astara yolunun təmiri bitir: Pullu olacaq?

Ələt-Astara–İran İslam Respublikası yolunun açılışı sentyabr ayının sonu, oktyabr ayının əvvəlinə planlaşdırılıb. İşlər hələ davam etdirilir.

Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli sözügedən yolda aparılan işlərlə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda sözügedən istiqamətdə bəzi hissələrdə təmir işləri davam etdirilir. İşlər tam yekunlaşdıqdan sonra istifadəyə veriləcək:

“Sözügedən avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. İşlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə, tikinti norma və standartlarına uyğun şəkildə aparılır. Əsas məqsəd yolun qısaldılması və rahatlığım tam təmin edilməsidir. Bu səbəbdən yol boyu hər şey düşünülüb.

Bilirsiniz ki, Prezident İlham Əliyevin iştirakı ilə yolun 23.4 km-lik Yenikənd-Salyan hissəsinin və bu hissədə yerləşən Kür çayı üzərində yeni inşa edilmiş 363 metr uzunluğunda körpünün, Cəlilabad-Masallı və Masallı-Lənkəran hissələrinin açılış mərasimləri keçirilib.

Hazırda isə yeni magistral yolun Salyan-Şorsulu, Şorsulu-Cəlilabad və Lənkəran-Astara hissələrində işlər sürətlə davam etdirilir. Bu işlər sentyabrın sonlarına doğru, ən geci isə oktyabr ayının əvvəllərində yekunlaşdırılacaq”.

Sözügedən yolun ödənişıli olacağı ilə bağlı deyilənlərə də aydınlıq gətirən A.Nəcəfli bildirib ki, yeni yolun pullu olması ilə bağlı heç bir qərar yoxdur.

Xatırladaq ki, yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 693 dairəvi və düzbucaqlı su keçidi, 65 yeraltı keçid, 47 körpü və 3 qovşaq, həmçinin 4 tunel inşa edilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.

Bu günə qədər ümumi uzunluğu 243 km təşkil edən yol aparılan inşa işlərindən sonra 38.4 km qısalaraq 204.6 km olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR