Bakalavriat və magistraturada təhsil xərcləri artırıldı
Azərbaycanda bakalavriat və magistratura səviyyələrində ixtisaslar üzrə təhsil xərcləri 30 faiz artırılıb.
Publika.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında etdiyi dəyişikliklə bağlı məruzəsi zamanı məlumat verib.
Onun sözlərinə görə, qərara əsasən, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb: "Bu məqsədlə dövlət büdcəsindən ayrılacaq əlavə vəsaitin məbləği cari ildə 14 milyon, növbəti ildə isə 42 milyon manat təşkil edir. Bununla da dövlət sifarişi əsasında kadr hazırlığını həyata keçirən müəssisələrin maliyyə imkanlarının yaxşılaşması, işçilərin əməkhaqlarının artırılması, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə ali təhsil müəssisələri arasında rəqabət mühitinin güclənməsi və ali təhsil müəssisələrinin inkişafı üçün imkanların artması gözlənilən nəticələr sırasındadır"
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət