Dərc edildi: Baxış sayı: 777
Bahar Şirvani - Tutsam şərabı gər ləbinə tay, haramdır
Tutsam şәrabı gәr lәbinә tay, haramdır,
Gәr nöğrә söylәsәm tәninә, hәrfi-xamdır.
Ruxsarın üzrә zülfünә baxdım o qәdr kim,
Gördüm ki, gün qürub eylәyib, vәqti-şamdır.
Mahi-tamam sәhv ilә bir gün dedim sәnә,
Hәr kәs eşitdi, dedi: bu söz natamamdır.
Zalım, bu qәdr könlümü qan etmәyin nәdir,
Qan etmәdim, dedim lәbinә lәl, namdır.
Zahid bilirmi hiç miyanın hekayәtin,
Nazik sözü nә bilsin o kәs kim, avamdır.
Zahid, tәvafi-Kәbәni qoy, bir güzar qıl,
Meyxanә içrә gör nә sәfalı mәqamdır?!
Dedim ki, şәhddir lәbin, ey canı cismimin,
Dedi: görün Bahar nә şirinkәlamdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət