Dərc edildi: Baxış sayı: 6596
Bahar Şirvani - Hər kim ki , hicri-yar ilə düşsə dimağdən
Hәr kim ki, hicri-yar ilә düşsә dimağdәn,
Heç açılırmı könlü onun seyri-bağdәn?
Sordum sorağını, dedilәr qeyrә yar olub,
Ey kaş lal olaydı dilim bu sorağdәn.
Ölmәkdәn özgә yox mәnә eşqindә bir vüsul,
Pәrvanә yanmağın sevәr ancaq çirağdәn.
Bir lalә üzlü yar çәkib dağ sinәmә,
Ya rәb, sәn etmә sinәmi xali bu dağdәn!
Yetdikdә gül dodağına mey bilmәzәm alır
Meydәn dodaq nәşәni, ya mey dodaqdәn?!
Sәnsiz әgәr bahar açıla istәmәz Bahar,
Nә qönçә bardәn açıla, lalә dağdәn.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət