Dərc edildi: Baxış sayı: 389
Bahar Muradovadan Fazil Mustafanın güllələnməsinə reaksiya: "Azərbaycana yönəlmiş çirkli plandır"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova millət vəkili Fazil Mustafaya edilən sui-qəsdlə bağlı paylaşım edib.
Ens.az Musavat.com-a istinadən xəbər verir ki, B.Muradova Fazil Mustafaya qarşı törədilən sui-qəsdi xəbis niyyətli dairələrin Azərbaycana yönəlmiş çirkli planlarının növbəti həlqəsi adlandırıb: "Məqsədləri aydındır,amma çatacaqlarına heç əmin olmasınlar.Çünki hər kəs bilməlidir ki, Azərbaycanı Zəfər yolundan heç kəs döndərə bilməz. Millət Vəkilimizə şəfa diləyir, hər kəsi ayıq-sayıq olmağa dəvət edirəm!
Var olsun dövlətimiz, Prezidentimiz!
Tanrı xalqımıza yar olsun!"
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət