Slimfit
  1. GÜNDƏM

Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər? - Sorğu

Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər? - Sorğu
Sakura

Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər? - Sorğu

Bu gün Milli Məclisin deputatı Qüdrət Həsənquliyev müğənnilərin dövlətə vergi ödəmələri ilə bağlı maraqlı  bir məsələyə toxunub. Deputat parlamentin plenar iclasında çıxış edərək bildirib ki, elə müğənnilər var ki, 10-14 min manata toya gedir:

“30 manat vergi onlar üçün necə sadələşdirilmiş vergi ola bilər ki? Çəkməçidən biz 5 manat alırıq, bir toya 10 minə gedəndən 30 manat. Bu nə dərəcədə ədalətli vergi qoyma sistemidir?”, - deyə Q.Həsənquliyev bildirib.

Bəs görəsən müğənnilər dövlətə vergi ödəyirmi? Onların büdcəyə ödədikləri verginin məbləği nə qədərdir? Bu suallarla Modern.az-ın əməkdaşı bir neçə müğənni ilə əlaqə saxlayıb. Həmişəki kimi, telefona müğənnilərin özləri yox, prodüserləri cavab verib.

Əməkdar artist Xumar Qədimovanın prodüseri Tahirə Məmmədqızı:

“Artıq neçə ildir ki, Xumar xanım vergi ödəyir. Yeganə müğənnilərdən biridir ki, hər zaman dövlətin qoyduğu qayda –qanunlara əməl edir. Sənətçilər üzrə vergi qanunu tətbiq olunandan etibarən Xumar xanım Vergilər Nazirliyinə dəvət olundu. O gündən bu günə qədər ona tətbiq edilmiş vergini ödəyir. Hər rüb ərzində, aydan-aya fərqlər olur. Hər ay üzrə toylar dəyişir. Birdən elə olur ki, bir ayda 3 toya gedir. Yəni bildirim ki, müğənnilər hər bir toy üçün ayrıca  olaraq vergi ödəməlidir ”.

Əməkdar artist Mətanət İsgəndərlinin meneceri Zəminə Rüstəmova:

“Bildirək ki, ilk onluqda vergi ödəyiciləri arasında Mətanət xanımın da adı qeyd edilib. Çalışır ki, hər ay vaxtında vergisini ödəsin. Vergi ilə bağlı da indiyə qədər heç bir problemi olmayıb. Bunu biz rahatlıqla deyə bilərik”.

Müğənni Sevda Yahyayevanın prodüseri Tural Nəbiyev:

“Sevda xanım artıq neçə ildir ki, dövlətə vergi ödəyir. Yəni dəqiq deyə bilərəm ki, vergi qanunu çıxandan ödəməyə başlayır. O da toylardan asılı olan bir şeydir. İndi baxır işə, ayda neçə dəfə toyda olursa, o qədər də nəzərdə tutulan məbləği ödəyir”.

Müğənni Nadir Qafarzadəni prodüseri Rövşən Cəfərov:

“Vergi ödəmək hər bir vətəndaşın borcudur. Nadir müəllim də bu prizmadan yanaşaraq, dövlətə olan vergi borcunu hər zaman ödəyir. Çalışıb ki, vaxtında ödəsin, indiyə qədər də gecikdirməsi olmayıb”.

Müğənni Samir Priyevin prodüseri Rizvan Məmmədov:

“Təbii ki, vaxtında ona tətbiq edilmiş olan vergisini ödəyir. Elə şey olarmı ki, dövlətin qayda-qanununa əməl etməsin? Hətta özünün şəxsi VÖEN hesabı da var. Nə qədər vergi ödəməyi isə toydan asılı olan bir şeydir. Əgər bir ayda 5 toya gedirsə, onun vergisini çalışır ki, vaxtında ödəsin, yəni indiyə kimi də gecikdirməsi olmayıb”.

Müğənni Xatirə İslamın meneceri:

“Əlbəttə ki, ödəyir. Xatirə xanım, bu məsələyə çox həssaslıqla yanaşır. İnanırsınız ki, aylıq nə qədər toya gedirsə, həmin vaxtın tamamında da vergisini ödəyir. Bir dəfə də olsun gecikdirməsi olmayıb. Tanıyanlar bilir ki, Xatirə xanım dövlətin qayda- qanuna hər zaman əməl edib”.

Xalq artisti Brilliant Dadaşovanın meneceri Nigar:

“Əminliklə deyə bilərəm ki, hər rübün sonunda Brilliant xanım vergisini vaxtında ödəyir. İndiyə qədər də bununla bağlı heç bir problem yaşamayıb”.

Qeyd edək ki, prodüserlər müğənnilərin ödədikləri verginin məbləği barədə danışmaq istəməyiblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR