Slimfit
  1. DÜNYA

Bağlı sərhədlər, işçi çatışmazlığı, becərilməyən torpaqlar – Dünyanı qlobal aclıq gözləyir

Bağlı sərhədlər, işçi çatışmazlığı, becərilməyən torpaqlar – Dünyanı qlobal aclıq gözləyir
Sakura

Bağlı sərhədlər, işçi çatışmazlığı, becərilməyən torpaqlar – Dünyanı qlobal aclıq gözləyir

Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal aclıq ehtimalının yüksəsk olduğunu bildirib.

Modern.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı üzrə nümayəndəsi Maksimo Torero xüsusən, ərzaq idxalından asılı olan inkişaf etməkdə olan ölkələrin ciddi problemlərlə üzləşəcəyini proqnozlaşdırır.

Onun fikrincə, sərhədlərin bağlanması torpaq sahələrindəı çalışanların kəskin azalmasına səbəb olduğunu bildirib.

“İnkişaf etmiş Avropa ölkələrində Polşa, Bolqarıstan, Rumıniya, Ukrayna və s. ölkələrdən mövsümi işçilər tutmaq ənənəsi var idi. İndi bu imkan yoxdur. Ona görə Almaniya, Fransa və İspaniyada üzüm, qulançar, çiyələk, kələm, günəxana və s. sahələrdən məhsul toplmağa işçi azlığı hiss olunacaq.

Fransanın kənd təsərrüfatı naziri Didye Qiyom işlərini itirən fransızları fermer təsərrüfatlarınbda işləməyə səsləsə də, ehtiyac olan 200 min mudzlu işçinin yalnız 40 min nəfəri təmin olunub.

“Logistika ilə bağlı çətinliklər və işçi qüvvəsinin çatışmazlığı koronavirus dövründə xüsusən hiss olunur”-deyə BMT nümayəndəsi Maksimo Torero deyib.

Məhsul itkisi ilə üzləşməyəcəyi gözlənilən ölkələr isə ilk növbədə öz rifahları barədə düşünür. Belə ki, Qazaxıstan artıq un, günəbaxan yağı və tərəvəzin ölkə xaricinə satışına qadağalar qoyub. Dünyanın üçüncü ən böyük çəltik istehsalçısı Vyetnam da bu məhsulu yalnız ölkənin daxili tələbatını ödəməyə yönəldəcək.

“COVİD-19 pandemiyası dünyanın ərzaq təhlükəsizliyinə birbaşa təısir göstərəcək. Ən çox kasıb və çətin iqlim şəraitində olan ölkələr bundan əziyyət çəkəcək. Ona görə də hökumətlər sosial müdafiə mexanizmlərini gücləndirməlidir”-deyə BMT-nin Əzaqr və Kənd Təsərrüfatı üzrə baş direktoru Çuyu Dunuy açıqlama verib.

2008-ci il dünya maliyyə böhranı zamanı da ərzaqların hər yerəd ajiotaj fonunda bahalaşması müşahidə olunurdu. Dünyada taxılın qiyməti hazırda 15% bahalaşsa da, 2020-ci ildə dünya ölkələrində rekord həcmdə - 280 milyon ton taxıl yığılması gözlənilir.

Buna baxmayaraq, ölkələr arasında aviareyslərin tam dayanması və yükdaşıma ilə bağlı yaranan problemklər aclıq riskini artırır. Çünki əksər ölkələr istehlak etdiyi məhsulun yarıdan çoxunu xaricdən alır.

Bu fonda supermarketlərin təklif etdiyi məhsul çeşidi və assortimenti xeyli azalır və daha çox zəruri məhsulların satışı ilə müşahidə olunacaq.

Toyuq və yumurta istehsalının 95%-ni əlində çəmləşdirmiş Beynəlxalq Toyuqçuluq İttifaqı da beynəlxalq təşkilatlara müracuət edərək bu sahəyə yardım olunmasını istəyib. Onların fikrincə, nəqliyyat əlaqələrinin pozulması sutkalıq cücə və inkubasion yumurtaların ehtiyacıp olan ölkələrə çatdırılımasını mümkünsüz edib.

Ərzaq rəhlükəsizliyi üzrə ekspertlər koronavirus pandemiyasının payıza qədər davam etməsi halında Venesuela, Əlcəzair, Mavritaniya və bütün Yaxın Şərq ölkələrinin ciddi aclıq təhlükəsi ilə üzləşəcəyini hesab edir. Bu ölkələrin özünü ərzaqla təmin etmə göstəricisi 50%-ə çatmır. Amma ərzaq idxalından minimum asılı vəziyyət olan iri kənd təsərrüfatı ölkələri – Braziliya, Kanada, Argentina, Qazaxıstan aclıqdan istənilən halda sığortalanıblar. Rusiya, ABŞ və Çinə gəldikdə isə bu ölkələr ərzaq idxal etsələr də, onların asılılığı orta səviyyədədir.

BMT pandemiyanın nə qədər çox davam edərsə, bir o qədər qlobal aclıq miqyasının yüksəsk olacağını düşünür.

 

 

 

 

 

 

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR