Slimfit
  1. İQTİSADİYYAT

Bağlanmış banklarda əmanəti olanlarla bağlı Fonddan AÇIQLAMA

Bağlanmış banklarda əmanəti olanlarla bağlı Fonddan AÇIQLAMA
Sakura

Bağlanmış banklarda əmanəti olanlarla bağlı Fonddan AÇIQLAMA

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 iyul 2020-ci il tarixli qərarları ilə ləğv prosesində olan “Amrahbank” ASC, “NBC Bank” ASC, “Atabank” ASC və “AG Bank” ASC-yə qarşı kreditor tələblərinin qeydiyyat müddəti 30 gün uzadılıb.

Əmanətlərin Sığortalanması Fondundan Oxu.az-a bildirdilər ki, kreditor tələblərinin qeydiyyatı 14 sentyabr 2020-ci il tarixədək aparılacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı; 

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; 

- tələbin təminatı olan irov (ipoteka) və ya qarantiya barəsində məlumat. 

Kreditorlardan xahiş olunur ki, kreditor tələbinin qeydiyyata alınması üçün hər bir bank üzrə aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Ləğv prosesində olan “Amrahbank” ASC üzrə -  

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi. 

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.  

Ləğv prosesində olan “NBC Bank” ASC üzrə -

Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi. 

Əlavə məlumat üçün əlaqə nömrəsi: 932 

Ləğv prosesində olan “Atabank” ASC üzrə -

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi. 

Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00;  

Qaynar xətt – 136. 

Ləğv prosesində olan “AG Bank” ASC üzrə -

Bakı şəhəri, Cəlil Məmmədquluzadə küç., 102A, ləğv prosesində olan “AG Bank” ASC-nin baş ofisi. 

Əlavə məlumat üçün əlaqə nömrəsi: 497-50-17 (daxili 1010)

Qaynar xətt: 135 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR