Slimfit
  1. TEXNOLOGİYA

Bağlanan "Instagram" hesabı necə geri qaytarılır?

Bağlanan "Instagram" hesabı necə geri qaytarılır?
Sakura

Bağlanan "Instagram" hesabı necə geri qaytarılır?

"Instagram"a daxil olmaq istəyən insanlar bəzən "hesabınız bağlanıb" xəbərdarlığı ilə üzləşə bilər. Bu xəbərdarlıqdan sonra hesabını bərpa etmək istəyən istifadəçilər "Instagram" hesabım bağlandı, onu necə geri ala bilərəm?" sualına cavab axtarır.

Ens.Az lent.az-a istinadən bağlanan hesabı geri qaytarmaq üçün etməli olduğunuz bir neçə addımı təqdim edir:

İcma qaydalarını pozan istifadəçilərin hesabları vaxtaşırı müəllif hüququ, dublikat məzmun, təqib, çılpaqlıq və hədələyici dilə görə qadağan edilə bilər. Yaxud hesab şifrəsini bir dəfədən çox səhv daxil edilərsə, hesab dayandırıla bilər. Eyni şəkildə, başqa bir cihazdan daxil olarkən hesab təsdiqlənmirsə, "Instagram" onu ​​qorumaq üçün hesabı dayandıra bilər.

Bəs, belə hallarda nə edilməlidir?

"Instagram" hesabınız müəllif hüququ ilə qorunan məzmun və ya dublikat hesablar səbəbindən bağlanıbsa, "Instagram" müəllif hüquqları sahibinin hüquqlarını qoruyur. Buna görə də, ilk növbədə hesabınızın bağlanma səbəbini müəyyənləşdirin və əlaqədar səhvi aradan qaldırın.

Hesabınızın niyə bağlandığına dair heç bir fikriniz yoxdursa, "Instagram"da nəzərdən keçirilməsini tələb edə bilərsiniz. Müvafiq formanı doldurmaqla, hesabınızın bağlanma səbəbini öyrəndikdən sonra onun açılmasını tələb edə bilərsiniz. Formu təqdim etdikdən sonra "Instagram" hesabın bağlanma səbəbi ilə bağlı məlumat verə bilər, həmçinin onun açılıb-açılmayacağını izah edə bilər.

Formada sizdən şəxsiyyət vəsiqənizdə yazılan ad, soyad, e-mail adresi, "Instagram" istifadəçi adı və mobil telefon nömrəniz kimi məlumatlar istəniləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR