Dərc edildi: Baxış sayı: 247
Bağçalarla onlayn növbəyaratma ilə bağlı açıqlama: sentyabrın 1-dək...
Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı onlayn növbəyaratma prosesi sentyabrın 1-dək davam edəcək.
Ens.Az-ın məlumatına görə,bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı 1 658, bu təhsil müəssisələrində boş yerlərin sayı 55 382-dir.
Məktəbəqədər təhsil müəssisələrinə müraciət edən yeni qeydiyyatçıların sayı 46 894, prioritetli - güzəşt olanların sayı isə 1 868 nəfərdir.
Avqustun 1-dən bu günədək ümumilikdə 42 073 uşaq üçün 53 212 növbə yaradılıb. Bildirilib ki, 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazılmaq mümkündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət