Slimfit
  1. MARAQLI

Badamın faydaları

Badamın faydaları
Sakura

Badamın faydaları

Badamın orqanizmə hansı faydaları var?

Femida.az oxuculara badamın faydaları barədə məlumat verəcək.

Tərkibi

100 qram badamın tərkibində 576 kkal kalori var: 21.3 qram zülallar, 21.7 qram karbohidratlar, 49.4 qram yağlar var.

Badamın tərkibində B1 vitamin, B2 riboflavin, B3 niatsin, B5 panteton turşusu, B6 piridoksin, B9 folatsin və tokoferol E vitaminləri var.

Badamın tərkibində maqnium, fosfor, kalsium və kalium var.




Faydaları

Mindal dadlı və faydalı ərzaq sayılır. Həm kulinariyada, həm də tibb sahəsində geniş istifadə edilir. Badamın tərkibində olan maddələr ürək, sinir və beyin fəaliyyəti üçün faydalıdır.

Vitaminlər və yağlar saç, dəri və dırnaq sağlamlığı üçün faydalıdır.
Orqanizmi qorumaq üçün gün ərzində 30-50 qram badam ləpəsi yemək kifayətdir. Gündəlik 50 qramdan artıq badam artıq orqanizm üçün zərərli sayılır.

Badamın tərkibi yağlarla zəngindir və bu yağlar tibb sahəsində istifadə edilir. Həkimlər badam yağını qəbz olan xəstələrə məsləhət görür. Eyni zamanda, sakitləşdirici təsirə malikdir, iltihab əleyhinə, ürək xəstəlikləri üçün də faydalıdır.

Badam iştahı artırır.

Badam sıxılıb yağı çıxarıldıqdan sonra qalan jmıxdan kosmetika sahəsində istifadə edilir.

Badam yağı müalicəvi maz və kosmetik vasitələrin istehsalında geniş istifadə edilir.

Ziyanı

Badamın tərkibində yağın miqdarı çox olduğu üçün pəhriz ərzaqı sayılır. Piylənmədən və şəkər xəstəliyindən əziyyət çəkənlərə məsləhət görülmür.

Kal badam daha zərərlidir. Onun tərkibində sianid maddəsi var. Bu isə orqanizm üçün zəhər rolunu oynayır.

Acı badamın tərkibində sinil turşusunun miqdarı çoxdur və qida üçün uyğun deyil. Acı badamın ancaq yağı faydalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR