Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Badam nəyə görə ən faydalı qida sayılır?

Badam nəyə görə ən faydalı qida sayılır?
Sakura

Badam nəyə görə ən faydalı qida sayılır?

Badamın faydaları haqda məlumatlı olanlar yəqin ki, çoxdur. Bu barədə çoxlu sayda məlumatlar açıqlanır. Son zamanlar isə badam dünyanın en faydalı qidası adlandırılır. Alimlər hesab edirlər ki, bir çox faydaları ilə bərabər badam tərkib etibarilə ən qidalandırıcı, möcüzə yarada bilən məhsuldur.

Bəs nəyə görə badam ən faydalı qida sayılır?

Bildirilir ki, bir ovuc badamda cəmi 163 kalori var, onun tərkibində zeytun yağında olduğu kimi doymamış yağlar toplanıb. Hətta cəmi 3-4 ədəd badamda bir desert qaşığı zeytunda olduğu qədər kalori var. Badamın tərkibində Omeqa yağları kimi çoxlu sayda doymamış yağ, protein, lif var. Badam bu baxımdan ürəyin sağlamlığı üçün ən vacib olan, xolesterinlə mübarizə aparan qida, çoxsaylı faydalı maddələrin mənbəyidir.

Bir ədəd badamın tərkibində çoxlu miqdarda antioksidantlar, potasium toplanıb. Badamı qovrulmamış, çiy şəkildə yemək daha faydalıdır. Bu, stresi də azaldır.

Bir ovuc badam yemək gündəlik maqnezium ehtiyacınızın 20 faizini ödəmək deməkdir.

Maqnezium çatışmazlığı olanlar badam yeməklə bunu aradan qaldıra bilərlər.

Badam həmçinin dərini qorumaq, qan təzyiqini normada saxlamaq, qanda şəkərin miqdarını tənzimləmək, sümükləri gücləndirmək, damarda sərtliyin, xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaq kimi xüsusiyyətlərə də malikdir.

Yüksək kalorili olsa da, uzun zaman tox saxlaya bilmək baxımından badam artıq çəkidən xilas olmağa da yardım edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR