Dərc edildi: Baxış sayı: 654
Babək prospektində tıxaca çarə tapıldı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Babək prospektində aparılan yenidənqurma işləri çərçivəsində Yeni Günəşli-Babək prospekti istiqamətindəki yolda tıxacın qarşısının alınması üçün yol ötürücülərində dəyişiklik edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən xəbərə görə, Yeni Günəşli qəsəbəsi, Telnov küçəsi istiqamətindən gələrək Babək prospekti, yol ötürücünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Babək prospekti kənar yol və ya Bəkir Çobanzadə küçəsi istiqamətinə hərəkət etmək istəyərkən yol ötürücünün sonuna kimi hərəkət edib, Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurdular.
Nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində (maşın bazarının dairəsində) tıxac və sıxlıq halları yaranırdı. Edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri yol ötürücüdən sağa yönəlməklə birbaşa Babək prospekti kənar yola və Bəkir Çobanzadə küçəsinə hərəkət edə biləcəklər ki, bu da Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində yerləşən dairədə tıxac və sıxlıq hallarının azaldılmasına, həmçinin sürücülərin daha az məsafə qət etmələrinə imkan yaradacaqdır.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət