“Babək” prospekti nə zaman açılacaq?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “Babək” prospektində işlərin oktyabr ayının sonunda yekunlaşacağını elan etsə də, prospekt nəqliyyatın hərəkəti üçün hələ də məhduddur.
Prospektin bağlı olması günün pik saatlarında vətəndaşların tıxaclarda qalmasına, binalararası yolların əlavə yüklənməsinə və ən əsası stress, əsəbə səbəb olur.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, “Babək” prospektinin əsas hissəsində işlər 10 gün müddətinə tam olaraq yekulaşacaq:
“Hava şəraiti əlevirşli olarsa, prospektin əsas hissəsindəki işlər 10 günə tamamlanacaq”.
A.Nəcəfli bildirib ki, qəbristanlıqdan üzü “Xalqlar Dostluğu” istiqamətində işlərin yekunlaşması hələ bir müddət də davam edəcək.
Mənbə: Faktxeber.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət