Dərc edildi: Baxış sayı: 207
Babayev BƏƏ-nin icma inkişafı naziri ilə görüşdü
Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi COP28-in "Gənc İqlim Çempionu", BƏƏ-nin icma inkişafı naziri xanım Şarma əl-Mazrui ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin görüşü olub.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, Azərbaycanda səfərdə olan xanım Şarma əl-Mazrui ilə görüşdə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri müzakirə olunub.
Bundan başqa, əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova da görüşdə iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət