Dərc edildi: Baxış sayı: 768
B 12 vitamini çatışmazlığının dəhşətli fəsadları
B 12 vitamini defisitini diaqnoz etmək, tapmaq, ümumiyyətlə yoxlamaq bir çoxlasının ağlından keçmir və asan da deyil. Çünki onu xroniki stress, gərginlik, fiziki yorğunluq, emosional durumla səhv salırlar. Orqanizmdə bu vitamin tədricən, yavaş-yavaş enir, hətta illərlə simptomlarını hiss etdirmir, insan defisiti ayrı səbəblərə yozur, problem o vaxt üzə çıxır ki, xəstə qəfildən huşunu itirir, bayılır,yerə yıxılır və travma alır. Daha ciddi patologiyalarla bir də gözünü açır ki, xəstəxanadadır.
Medicina.az B 12 vitaminin orqanizmdə rolu, defisitinin səbəblərini və xilas yollarını təqdim edir.
B 12 sinir sistemi, DNT və PHK-nın formalaşmasında əsas rol oynayır. Sinir hüceyrələrini əsas vitaminidir. İnsanın əhvalından tutmuş həzminə kimi tənzimləyir.
Defisitin ilkin əlamətləri:
-Hədsiz yorğunluq, halsızlıq
-Təngnəfəslik
-Əzələ zəifliyi
-Yaddaşın pozulması, nitqin gecikməsi
-Əl-ayaqlarda keyimə
Bundan əlavə bu vitaminin çatışmazlığı digər xəstəlikləri yaradır və ya kəskinləşdirir:
-Ürək-damar xəstəlikləri, tutmaları
-Depressiya, nevroz
-Təşviş pozuntusu
-Alsgeymer xəstəliyi
-Autizm
-Psixi, nevroloji defektlər
Müalicəsi
Yaxşı ki, B 12 vitamini defisiti geri dönən, həll olunan vəziyyətdir, müxtəlif dərmanlar, qida əlavələri və vitaminin özünü qəbul etməklə, qısa müddətdə qaldırmaq olar.
Ən yaxşı üsul damcı, inyeksiya, tablet formasında nutrient – B 12 qəbul etməkdir.
Lakin bu dərman və BAD-ları mütləq həkim müəyyən analizlərdən sonra təyin etməlidir.
Səbəblər:
Birinci səbəb – vegeterian sayağı qidalanma, pəhriz, yəni ətdən, yağdan uzaq olmaqdır
Çünki B 12 heyvan mənşəli qidalardan və yağlarından qida ilə daxil olur.
Ona görə ət yeməyən vegeterian insanlar kütlədə zəif, arıq, bənizləri ağarmış olmaları ilə seçilir.
-Yaşlanma – getdikcə orqanizm B 12-ni qidalardan mənimsəyə bilmir, ona görə əzələ tonusu azalır, yaddaş zəifləyir. Ona görə Avropa ölkələrində 55 yaşından sonra qadın və kişilərə B 12 preparatları yazılır
-Alkoqol, spirtli içki – Bir insan hər gün 50-100 qr içki içirsə, bu kifayətdir ki, qanda B 12 azalsın.
-Mədə turşuluğunu azaldan dərmanlar – mədə yanğısı, qıcqırma, mədə xorasından əziyyət çəkənlərə xüsusi turşuluq əleyhinə dərmanlar yazılır. Bu dərmanlar kobalt tərkibli bioloji aktiv maddələrin sovrulmasına mane olur və B 12 defisiti yaradır.
Elmi araşdırmalar sübut edib ki, mədə reflüksündən əziyyət çəkənlər və müxtəlif mədə dərmanları qəbul edənlərdə B 12 defisiti olur.
-Diabet, Haşimoto, sistem qurdeşənəyi xəstəliklərində də orqanizm qidadan B 12 ala bilmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət