Slimfit
  1. CƏMİYYƏT

AzTV-nin 5 əməkdaşı koronavirusdan müalicə alır, 1-i vəfat edib

AzTV-nin 5 əməkdaşı koronavirusdan müalicə alır, 1-i vəfat edib
Sakura

AzTV-nin 5 əməkdaşı koronavirusdan müalicə alır, 1-i vəfat edib

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı koronavirusa yoluxaraq vəfat edib.

Ens.az xəbər verir ki, AzTV-dən Trend-ə verilən məlumata görə, qurumun İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nəcəfzadə Samir bir neçə gün əvvəl səhhətinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

QSC kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir.

Məlumatda bildirilir ki, hazırda AzTV-nin daha 5 əməkdaşı xəstəxanada müalicə alır, 1 nəfər evə buraxılıb və onların səhhətində hər hansı ağırlaşma yoxdur. "Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır və ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız min nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir", - deyə məlumatda qeyd olunur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR