AzTV bu ölkələrdə müxbir məntəqələri yaradıb: Amerika, Türkiyə, Çin…
Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) hazırda dünyanın 10 bölgəsi üzrə müxbir postu fəaliyyət göstərir.
Bu barədə AzTV-nin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Xaricdə müxbir məntəqələri Amerika və Kanada, Rusiya, Qazaxıstan və Orta Asiya, Gürcüstan, Ərəb ölkələri və Şimali Afrika, Türkiyə, Şimali Kipr və Ankara, Türkiyə, İstanbul, Çin və Şərqi Asiya, Almaniya, Fransada yaradılıb.
AzTV-nin məlumatında o da bildirilib ki, son 10 ayda QSC-də bütün sferalarda olduğu kimi, kadr və peşəkarlıq baxımından islahatlar aparılır, müxbir postları da peşəkarlıq baxımından daha da təkmilləşdirilir. Bundan başqa, efir proqramlarında yeniliklər edilib, yeni studiyalar istifadəyə verilib, yaradıcı şəxslər işə cəlb olunub, canlı verilişlərin, tolk-şouların sayı artırılıb.
Xatırladaq ki, 15 yanvar 2019-cu ildən AzTV-nin rəhbəri Rövşən Məmmədovdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət