Slimfit
  1. MEDİA

Aztibb.az xəbər portalının fəaliyyətə başlamasından 1 il ötür

Aztibb.az xəbər portalının fəaliyyətə başlamasından 1 il ötür
Sakura

Aztibb.az xəbər portalının fəaliyyətə başlamasından 1 il ötür

Azərbaycanın internet-media məkanında yeni olmasına baxmayaraq böyük uğurlara imza atmış, qısa bir müddət ərzində səhiyyədə baş verən yeniliklərin, nailiyyətlərin, müasir müayinə və müalicə üsullarının ictimaiyyətə operativ çatdırılması və geniş işıqlandırılması sahəsində öz sözünü demiş Aztibb.az xəbər portalının fəaliyyətə başlamasından 1 il ötür.

 

Portalın ölkə ictimaiyyətinə məhz iyulun 22-də təqdim olunması heç də təsadüfi deyil. Bu gün Azərbaycanda milli mətbuatın yaranmasından 146 il ötür. Aztibb.az portalı ölkə mətbuatının bir parçası kimi, özündə tibb və səhiyyə sahəsinə aid ən son yenilikləri ehtiva edir.

 

Oxucular bu portalda ölkəmizdə və dünyada səhiyyə sahəsində baş verən hadisələr, tibbi maarifləndirici məqalələr, tibbi təhsil, eləcə də gündəmin əsas mövzusu olan koronavirus pandemiyası ilə bağlı rəsmi xəbərlər və yeni məlumatlarla tanış olurlar. Saytda tibbdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə dair yeniliklər də yer alır. Həmçinin oxucuların sağlamlıq mövzusunda maarifləndirilməsi məsələsinə geniş yer verilir: xalq təbabətinə dair maraqlı informasiyalar, dünya mediasında dərc olunan faydalı tibbi xəbərlər, Azərbaycanın tanınmış həkimlərinin müxtəlif tibbi mövzulara dair fikir və yanaşmaları saytda əksini tapır.

 

İstifadəçilər Aztibb.az-da, ölkənin müxtəlif rayon və şəhərlərində mövcud olan özəl və dövlət tibb müəssisələri ilə bağlı yeniliklər, eləcə də orada fəaliyyət göstərən həkimlərin fəaliyyəti, tibb elmində əldə etdikləri nailiyyətlərlə tanış olmaq imkanı əldə edirlər.

 

Aztibb.az-da, həmçinin ölkənin ən tanınmış, peşəkar həkimləri ilə prioritet mövzularda eksklüziv müsahibələr, ölkədə fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrinin təşkil etdiyi aksiya və kampaniyalar haqqında məlumatlar yer alır.

 

Portalda Azərbaycanda tibb elminin tarixi ilə bağlı silsilə yazılar təqdim olunur, eləcə də “Bir sual, bir cavab” rubrikasında insanları maraqlandıran ən müxtəlif tibbi problemlər yüksəkixtisaslı mütəxəssislər tərəfindən cavablandırılır. Veb-saytda, həmçinin peşə fəaliyyətini həyata keçirərkən qəhrəmancasına həlak olmuş şəhid jurnalistlərlə  bağlı məlumatlar öz əksini tapır.

 

Əsas məqsədimiz ictimaiyyətə tibb sahəsində məlumatları dəqiq və operativ şəkildə çatdırmaq, eləcə də keyfiyyətli məzmun təqdim etməkdir. İnanırıq ki, Aztibb.az bu çətin və məsuliyyətli yolda uğurla irəliləyəcək.

 

Pəşə bayramımız mübarək!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR