Slimfit
  1. TƏHSİL VƏ KARYERA

AzMİU Slovakiya Texniki Universiteti ilə müqavilə imzalayıb

AzMİU Slovakiya Texniki Universiteti ilə müqavilə imzalayıb
Sakura

AzMİU Slovakiya Texniki Universiteti ilə müqavilə imzalayıb

Slovakiyanin  Kositse Texniki Universitetinin dəvəti əsasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti bu ölkəyə səfər edib. Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayevanın rəhbərlik etdiyi nümayəndə heyətinə Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev də daxil olub.

Qafqazinfo” xəbər verir ki, səfər zamanı numayəndə heyəti adıçəkilən universitet rəhbərliyi ilə əməkdaslıq perspektivləri haqqında muzakirələr aparıblar. Müzakirələrdə tələbə - müəllim mübadiləsi,  birgə elmi konfransların təşkili, elm sahəsində əməkdaşlıq və tərəfləri maraqlandıran digər məsələlərə toxunulub. Sonda Kositse Texniki Universiteti ilə AzMİU arasinda əməkdaslıq müqaviləsi imzalanıb. Müqaviləni Kositse Texniki Universiteti adından  İnşaat fakütəsinin dekanı Vinsent Kvocak,  AzMİU adindan Nəqliyyat fakültəsinin dekani Elçin Yusifzadə imzalayıb.

Məlumat üçün qeyd edək ki, səfər zamanı AzMİU-nun əməkdaşları  Slovakiyanin SUDOP sirkətinin rəhbərliyi ilə də görüşüb, bu sirkətin  Kositse Texniki Universiteti və AzMİU tələbələri üçün yaradılacaq perspektiv imkanları müzakirə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR