Slimfit
  1. AZƏRBAYCAN

AzMİU-da Nəsiminin 650 illik yubileyi qeyd olunub

AzMİU-da Nəsiminin 650 illik yubileyi qeyd olunub
Sakura

AzMİU-da Nəsiminin 650 illik yubileyi qeyd olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurası, Azərbaycan dili və pedaqogika kafedrasının təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. 

Qafqazinfo”nun məlumatına görə, ölkə prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamlarına əsasən təşkil olunan yubiley mərasimində universitetin rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.

YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının sədri, universitetin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli şairin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu deyib. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırıb.

Sonra söz M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru  Paşa Kərimov və  AMEA-nın Ədəbiyyat İnstitutunun Mətbuat və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhmədə verilib. Qonaqlar Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsiyyətlərindən bəhs edib, görkəmli Azərbaycan şairi Nəsiminin zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıblar.   

Tədbirin gedişində AzMİU-nun Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri şairin qəzəlləri səsləndiriliblər.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR