Slimfit
  1. CƏMİYYƏT

“AzerTelecom” şirkətinin rəhbərliyində yeni təyinat olub

“AzerTelecom” şirkətinin rəhbərliyində yeni təyinat olub
Sakura

“AzerTelecom” şirkətinin rəhbərliyində yeni təyinat olub

Emil Məsimov “AzerTelecom” şirkətinin direktorlar şurasının sədri vəzifəsinə təyin edilib. Direktorlar şurasının sabiq sədri Fuad Allahverdiyev “AzerTelecom” şirkətindən, eləcə də “NEQSOL Holding”dən noyabr ayında ayrılıb.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, Emil Məsimov 18 ildən artıqdır ki, telekommunikasiya sektorunda fəaliyyət göstərir. O, hazırda “Azerconnect” şirkətinin Baş direktoru olmaqla bərabər informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir neçə böyük şirkətin Müşahidə Şurasında təmsil olunur. Emil Məsimov biznesin idarə edilməsi üzrə İngiltərənin Mançester Universiteti və Harvard Biznes Məktəbinin məzunudur.

“AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir.

NEQSOL Holding on bir ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12.000-dən çox işçi heyətinə malikdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR