Slimfit
  1. MEDİA

AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək

AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək
Sakura

AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Ens.az Trend-in məlumatına istinadən xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilir:

2-ci hissəyə “dövlət orqanlarının,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin,” sözləri əlavə edilsin.

Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilir:

“2.1-1. Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin idarəetmə orqanlarının rəhbərləri (üzvləri);”.

Aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilir:

“4-1. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş redaktorları, redaksiya müdirləri, baş müxbirləri, böyük fotomüxbirləri, xarici ölkələrdə çalışan müxbirləri.”.

5.3-cü bəndə “işçiləri” sözündən sonra “və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdə çalışan müxbirləri” sözləri əlavə edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR