'Azərsu'yun rəhbərliyi vətəndaşları qəbul edəcək
İyulun 19-da “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları, onun I müavini Teyyub Cabbarov isə Zaqatala şəhərində Zaqatala və Balakən rayonlarının sakinlərini, iyulun 23-də digər müavin Etibar Məmmədov isə Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Qəbullar “Şəki Sukanal” TSC-nin, Zaqatala və Qəbələ sukanal sahələrinin inzibati binalarında keçiriləcək, içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərə baxılacaq.
Vətəndaşlar qəbul üçün “Şəki Sukanal” TSC-yə, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 10 50) nömrəsi, office@azersu.az elektron poçt ünvanı vasitəsilə “Azərsu”ya müraciət edə bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət