Dərc edildi: Baxış sayı: 285
"Azərsu" sədri: "Abşeronun fasiləsiz su təminatı göstəricisi 30 faizdən 81,5 faizə çatdırılıb"
"Abşeron yarımadasında fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasiləsiz su təminatı göstəricisi 30%-dən 81,5%-ə çatdırılıb".
APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
Onun sözlərinə görə, 27 qəsəbədə, 40 ünvanda fasiləsiz su təminatı ilə bağlı layihələr həyata keçirilib. Bunun üçün isə 270 km yeni su xətti çəkilib: “Abşeronun çoxlu sayda dayanıqlı su mənbələri var. Əsas ağırlıq sutəmizləyici qurğular üzərindədir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət