Slimfit
  1. İQTİSADİYYAT

“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir
Sakura

“Azərsu” Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir

“Azərsu” ASC Prezident İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq, Bakının Xətai rayonunda yeni layihələr həyata keçirir.

"Report" quruma istinadən xəbər verir ki, bu layihələr çərçivəsində magistral su xətləri çəkilir, məhəllədaxili və binadaxili su təchizatı sistemləri yenidən qurulur. Ötən müddətdə Məhəmməd Hadi, Sarayevo, Məzahir Rüstəmov, Seyid Əzim Şirvani küçələrində yerləşən binaların məhəllədaxili su təchizatı sisteminin yenidən qurulub və ümumi uzunluğu 7,4 km su xətləri çəkilərək sayğaclar quraşdırılıb. Hazırda General Mehmandarov, Əliağa Şıxlinski, Qafqaz, Xudu Məmmədov, Rahib Məmmədov, Cavanşir, Qədir Məmmədov, Çingizxan Kərimov, Sarayevo, Rüstəmov, Əbilov, 1-ci Əhmədli küçələrində yeni su şəbəkələri inşa edilir. Qeyd edək ki, bu ərazilərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olsa da, su xətləri uzun müddət istismar olunduğundan yararsız vəziyyətə düşmüşdü. Xüsusilə binadaxili sistemlər köhnəldiyindən tez-tez qəzalar baş verirdi və normal su təchizatını həyata keçirmək mümkün olmurdu.

Yeni layihə çərçivəsində binaların şaxtalarından keçən və istismar müddətini başa vurmuş su xətləri ləğv edilir. Əvəzində binaların həyətindən keçməklə yeni su xətləri çəkilir və hər bir girişdə siyirtmələr quraşdırılır. Mənzilləri su ilə təmin edən dik dayaqlar pilləkən qəfəslərinə çıxarılır və hər bir abunəçi sayğacla təmin edilir.

Məhəllədaxili su təchizatı sustemlərinin yenidən qurulması ilə yanaşı, yeni magistral və daşıyıcı xətlər də inşa edilir. General Mehmandarov küçəsində tikilən 2,2 km uzunluğunda yeni magistral su xətti Köhnə Günəşli yaşayış massivi və ətraf ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq.

Ümumilikdə, Xətai rayonunda icra olunan layihələr çərçivəsində 35 km-dək su xətti çəkiləcək və sayğaclar quraşdırılacaq. Bununla da Bakı şəhərinin şərq hissəsində böyük ərazidə əhalinin içməli su təchizatında stabillik təmin olunacaq. Qeyd edək ki, ötən illərdə Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında mühüm əhəmiyyət daşıyan anbar komplekslərində aparılan yenidənqurma işləri nəticəsində Xətai rayonunun bir hissəsi fasiləsiz rejimdə içməli su ilə təmin edilib.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR