Slimfit
  1. İQTİSADİYYAT

“Azərpoçt”un beynəlxalq ödəniş kartları Türkiyə poçtunun e-ticarət platformasında dəstəklənəcək

“Azərpoçt”un beynəlxalq ödəniş kartları Türkiyə poçtunun e-ticarət platformasında dəstəklənəcək
Sakura

“Azərpoçt”un beynəlxalq ödəniş kartları Türkiyə poçtunun e-ticarət platformasında dəstəklənəcək

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də Türkiyənin Poçt və Teleqraf Təşkilatının (PTT) nümayəndə heyəti ilə görüş keçirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, görüşün nəticəsi olaraq “Azərpoçt”la PPT arasında yeni təcili pulköçürməsi sistemi vasitəsilə mübadilə aparılması üçün qarşılıqlı müqavilə imzalanması nəzərdə tutulub.

Yeni sistem üzrə aparılacaq alqı-satqı əməliyyatları, eləcə də, bağlamanın çatdırılması əlverişli rüsumla yalnız “Azərpoçt” MMC-nin və Türkiyə PTT-nin tabeli poçt məntəqələri tərəfindən reallaşdırılacaq.

Türkiyə və Azərbaycan arasında pulköçürmələrinin mübadiləsi, həmçinin digər beynəlxalq sistemlər (“Western Union”, “Zolotaya Korona”, “Contact”, “Universal Payment Transfer”) üzərindən həyata keçirilir.

Qeyd edək ki, 2010-cu ildən etibarən Türkiyə ilə “Azərpoçt” arasında onlayn rejimdə pulköçürmə sistemi vasitəsilə mübadilə aparılır.

Həyata keçirilməsi nəzərdə tutulan yeni layihə çərçivəsində, eyni zamanda, “Azərpoçt”un emissiya etdiyi bütün növ beynəlxalq ödəniş kartlarının PTT-nin e-ticarət platformasında dəstəklənməsi planlaşdırılır.

Bununla yanaşı, layihə çərçivəsində PTT ilə birgə “MasterCard” loqolu “cobrand” kartlarının emissiya edilməsi, eləcə də sözügedən kartlarla platformada həyata keçirilən əməliyyatlar zamanı bonus proqramlarının işlənməsi nəzərdə tutulur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR