Slimfit
  1. TEXNOLOGİYA

“Azərpoçt” rəhbəri: “İT yenilənməsi vaxt aparacaq”

“Azərpoçt” rəhbəri: “İT yenilənməsi vaxt aparacaq”
Sakura

“Azərpoçt” rəhbəri: “İT yenilənməsi vaxt aparacaq”

“Azərpoçt” rəhbəri: “İT yenilənməsi vaxt aparacaq”

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov sistemdə yaranan problemlərə münasibət bildirib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə 2023-cü ilin birinci yarısında qurumun gördüyü işlər barədə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, problemin əsas həllindən biri MMC-nin İT infrastrukturunun dəyişməsidir:

“Sistemin donması hansısa bir proqramın pis işləməsindən irəli gəlmir. “Azərpoçt” MMC-də istifadə olunan proqram 15 il əvvəl alınıb. Bu illər ərzində hər hansı bir yenilənməsi baş verməyib. Avadanlıqların, cihazların hər birinin dəyişdirilməsi lazımdır ki, bu, ayrıca bir layihədir. Təəssüf ki, bunun üçün ilyarıma qədər vaxt lazımdır”.

Sədr qurumun müştərilərinə müraciət edib:

“Nəzərə almaq lazımdır ki, MMC-nin 4 800-ə yaxın əməkdaşı və 1 113 xidmət nöqtəsi var. Hər kəsdən bunu anlayışla qarşılamağı xahiş edirəm. İT yenilənməsi vaxt aparacaq. Bildirim ki, problemlər davamlı olaraq belə qalmayacaq. Biz bunun üçün artıq addımlar atırıq. Ümumi İT infrastrukturu dəyişənə kimi aktual problemləri aradan qaldırmaq üçün iş gedir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR