“Azərpoçt” əməliyyatlarını zərərlə icra edir: 13 milyon manat
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC ötən ili 5 mln 547 min manat xalis mənfəətlə başa vurub.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki,bu, 2022-ci ilin yekunu ilə müqayisədə 28% çoxdur.
Cəmi gəlirləri 47 mln 35 min manat olan MMC-nin cəmi xərcləri 60 mln 371 min manat olub və nəticədə əməliyyatlarını 13 mln 337 min manat zərərlə icra edib.
İnvestisiya qiymətli kağızlarından 22 mln 228 min manat, əks repo müqavilələrindən və cari hesab üzrə müvafiq olaraq 1 mln 553 min manat və 1 mln 921 min faiz gəliri əldə edib və digər xərclərə 6 mln 518 min manat ayırıb. Nəticədə, əməliyyat zərərini 5 mln 851 min manat mənfəətə çevirə bilib. 304 min manat vergi ödəyərək ötən ili 5 mln 547 min manat xalis mənfəətlə başa vurub.
Qurumun cəmi aktivləri 1 il ərazində 3,1% azalaraq ötən ilin yekununda 604 mln 828 min manat, cəmi öhdəlikləri 4,5% azalaraq 541 mln 909 min manat olub.
Nizamnamə kapitalı 73 mln 358 min manat, digər ehtiyatları 1 mln 366 min manat, yığılmış zərəri 17 mln 805 min manat təşkil edib. Nəticədə, “Azərpoçt” MMC-nin cəmi kapitalı illik müqayisədə 13,8% artaraq 56 mln 919 min manat olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət