Slimfit
  1. AZƏRBAYCAN

“Azərpoçt” 18 ölkəyə poçt göndərişlərinin qəbulu bərpa edib

“Azərpoçt” 18 ölkəyə poçt göndərişlərinin qəbulu bərpa edib
Sakura

“Azərpoçt” 18 ölkəyə poçt göndərişlərinin qəbulu bərpa edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən 18 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulu bərpa edilib.

"Azərpoçt"dan Redaktor.az-a verilən məlumata görə, qurum tərəfindən yük avia şirkəti ilə danışıqlar aparılaraq beynəlxalq poçt daşımaları barədə razılığa gəlinib.

Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Honq-Konq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Malaziya, Niderland, Norveç, Koreya, Amerika Birləşmiş Ştatları, Ukrayna, Rusiya, Türkiyə və Sinqapura beynəlxalq poçt göndərişlərinin qəbulu bərpa olunub. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda, məlumatlar azerpost.az saytında yerləşdiriləcək.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR