Slimfit
  1. İQTİSADİYYAT

“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılacaq

“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılacaq
Sakura

“Azərkosmos”un nizamnamə kapitalı kəskin artırılacaq

 2019-cu il dövlət büdcəsində mənzil və komunal, yanacaq və enerji, sənaye və tikinti, nəqliyyat və rabitə xərcləri üzrə 563,4 milyon manat vəsait proqnozlaşdırılıb.

Report”un gələn ilin dövlət büdcəsi zərfinə istinadən verdiyi xəbərə görə, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2,3% təşkil edəcək.

Bundan başqa, büdcə zərfində sənaye və tikinti xərclərinə (dövlət əsaslı vəsait qoyuluşu xərcləri istisna olmaqla) 2019-cu il dövlət büdcəsindən 19,5 milyon manat vəsait ayrılıb.

Nəqliyyat və rabitə xərclərinə 2019-cu il dövlət büdcəsində 175,8 milyon manat vəsait proqnozlaşdırılıb. Həmin məbləğdən “Azərkosmos” ASC-nin nizamnamə kapitalının artırılması üçün 48 milyon manat vəsait nəzərdə tutulur. 

Xatırladaq ki, hazırda "Azərkosmos"un nizamnamə kapitalı 63 610 600 manatdır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR