“Azəristiliktəchizat” rəsmisi: Bakıda bütün binaların istiliklə təminatı mümkün deyil
Oxu.Az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının Qərargahında keçirilən mətbuat konfransında “Azəristilikhizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.
Onun sözlərinə görə, bunlar, əsasən, mülkiyyətçilərə məxsus binalarda istilik sistemləri ilə bağlı olan problemlərdir.
“Digərləri isə bir sıra texniki problemlərlə bağlıdır. Problemlərin aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə tədbirlər görülməkdədir”.
Sədr müavini qeyd edib ki, Bakıda istilik sistemi ilə təmin edilməyən binalar, əsasən, mərkəz hissədə - Nərimanov, Nəsimi rayonlarındadır:
“Bunlar köhnə tipli binalardır. Bəzi binalar 60-cı illərə aiddir, onlarda istilik sistemləri döşəmə tiplidir və bərpası mümkün deyil. Bəzi binaların sökülməsi və yeni binaların tikilməsi nəzərdə tutulur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət