Slimfit
  1. CƏMİYYƏT

"Azəristiliktəchizat" istilik haqlarının ödəniş səviyyəsini açıqlayıb

"Azəristiliktəchizat" istilik haqlarının ödəniş səviyyəsini açıqlayıb
Sakura

"Azəristiliktəchizat" istilik haqlarının ödəniş səviyyəsini açıqlayıb

2022-ci il üzrə "Azəristiliktəchizat" ASC-yə istilik haqlarının ödəniş səviyyəsi 94,7 % olub.

"Report" xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər payız-qış mövsümündə həyata keçirilən tədbirlərinin icrası haqqında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, noyabrın 15-dən aprelin 1-dək əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 65,2 % təşkil edib: "Təəssüf ki, bəzi yaşayış binalarında ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb. Bunlar Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 9 – 27,7 %, Yasamal rayonu, Parlament pr.4 – 26 %, Yasamal rayonu, Parlament pr.6 – 19 %, Yasamal rayonu, Mirzəfətəli küçəsi 152 – 25,5 %, Yasamal rayonu, M.Xiyabani 8A – 15 %, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 6 – 24 %, Nərimanov rayonu, F.Xoyski küçəsi 110- 27,3 %, Xətai rayonu, M. Hadi küçəsi 23 saylı bina – 27,51 %, Xətai rayonu, R. Məmmədov küçəsi 26 saylı bina – 17,1 %, Binəqədi rayonu, Azadlıq prospekti 32/96 saylı bina – 13,4 %, Suraxanı rayonu, Hafiz Quliyev küçəsi 22 saylı bina – 14 %, Suraxanı rayonu, Zaur Şərifov küçəsi 24 saylı bina – 17,4 %, Səbail rayonu, S. İbrahimxəlilov küçəsi 4a saylı binadır – 23 %".

İ. Mirzəliyev vurğulayıb ki, əsas çətinliklərdən biri keçmiş qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istilik haqlarının ödənişi ilə bağlıdır: "Görülən işlər nəticəsində son mövsüm ərzində onların ödəniş dinamikasında müsbət tendensiya qeydə (52,9 %) alınmasına baxmayaraq əvvəlki illərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 milyon 652,4 min manat ödənilməmiş borc məbləği mövcuddur".

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR