"Azəristiliktəchizat" "Azəriqaz"a olan borcu tam ödədi
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin istifadə etdiyi qaza görə "Azəriqaz" İstehsalat Birliyinə olan borcu ödənilib.
Modern.az xəbər verir ki, bunu Tend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.
Onun sözlərinə görə, "Azəristiliktəchizat"ın borcu dövlət tərəfindən qarşılanıb: "Ötən ilin sonunda Nazirlər Kabinetinin bu barədə sərəncamı oldu və həmin sərəncama əsasən "Azəristiliktəchizat" ASC-nin 2018-ci il noyabrın 1-dən 2019-cu il dekabrın 15-i də daxil olmaqla, həmin müddətə qədər istifadə etdiyi qaza görə "Azəriqaz" İstehsalat Birliyinə yığılmış 32 milyon 700 manat borc dövlət tərəfindən qarşılandığından "Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu qalmayıb. Qurum yalnız bundan sonra istifadə etdiyi qazın haqqını özü ödəyəcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət