“Azərişıq”dan 3 şirkətə 3,5 milyon manatlıq sifariş
“Azərişıq” ASC 3 şirkət ilə 3 milyon 546 min manatlıq satınalma müqaviləsi imzalayıb.
Marja xəbər verir ki, müqavilələr "Mix Pro" MMC, "Elektro Company" MMC və "GBS" MMC ilə bağlanıb.
"Mix Pro" MMC ilə bağlanılmış müqavilənin məbləği 1 milyon 648 min manatdır və müxtəlif sərfiyyat mallarının (stolüstü dəst, bloknotlar, qələnlər zərf, flayer, yapışqanlar və s.) satın alınmasını nəzərdə tutur.
“Azərişıq”, ““ASAN xidmət” mərkəzlərinin “Azərişıq” ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif ÖİN aksesuarlarının satın alınması” üzrə "Elektro Company" şirkətinə 936 milyon 175 min manat, “ASAN xidmət” mərkəzlərinin “Azərişıq” ASC-yə aid olan layihələrə tələb olunan müxtəlif tipli qutu və panoların satın alınması üçün "GBS" MMC-yə isə 961 min 464 manat ödəyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət