Slimfit
  1. AZƏRBAYCAN

“Azərişıq”dan 24 ildir işıqsız qalan kəndlə bağlı açıqlama

“Azərişıq”dan 24 ildir işıqsız qalan kəndlə bağlı açıqlama
Sakura

“Azərişıq”dan 24 ildir işıqsız qalan kəndlə bağlı açıqlama

Astaranın Sekeşan kəndində fasiləsiz elektrik enerjisinin bərpası təmin ediləcək. Əməkdaşlarımız yaxın günlərdə mövcud problemlərin tam aradan qaldırılıması üçün əllərindən gələni edəcəklər.

Bunu Oxu.Az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Astaranın Sekeşan kəndinin 24 ildir işıqsız qalması barədə xəbərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Cənub regionunda - Lerik, Yardımlı Astara rayonlarında yenidənqurma işləri aparılır:

“Sözügedə rayonlar Lənkəran şəhər 9 saylı elektrik verilişi xətləri ilə bağlı olduqları üçün elektrik enerjisi təhlükəsizlik məqsədilə uzun fasilələrlə verilirdi. Vətəndaşlar da buna etiraz edirlər. Cənub regionunda məktəblərin yerləşdiyi ərazilər, kəndlər, bütün yaşayış məntəqələrində istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur.

Qeyd etdiyimiz tədbirlər nəticəsində Astaranın Sekeşan kəndində də fasiləsiz elektrik enerjisinin bərpası təmin ediləcək. Əməkdaşlarımız yaxın günlərdə mövcud problemlərin tam aradan qaldırılması üçün əllərindən gələni edəcəklər”.

T.Mustafayev kənddə elektrik enerjisinin bir neçə aydır olmadığını vurğulayıb:

“Burada elektrik enerjisi 2018-ci ilin payızından yoxdur. Yaxın aylarda enerji verilişi bərpa ediləcək”.

Qeyd edək ki, saytımız Astara rayonunun Sekeşan kəndindən reportaj hazırlayıb. Kənd sakinləri deyir ki, onlar elektrik enerjisini son dəfə 1995-ci ildə görüblər. Kənd sakinləri elektrik enerjisinə olan tələbatlarını generatorlar vasitəsilə qarşılayırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR